Latviya Prezidenti Egils Levitsin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

img

08-03-2023 [13:06]


Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.

Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA