LAÇIN YOLUNDA AKSİYANIN 87-ci GÜNÜ: etiraz davam edir (Yenilənib)

img

08-03-2023 [22:01]


Laçın yolunun Şuşadan keçən hissəsində sülhməramlıları nəzarəti altında olan ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyasından bu gün 87 gün ötür.

Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar ərazidə ekoloji terrorun dayandırılması və Azərbaycanın rəsmi qurumlarının nəzərdtə tutulan ərazilərdə monitorinq aparmalarına şərait yaradılmasını tələb edirlər.

Qeyd edək ki, aksiyaya rəğmən, Xankəndiyə gedən yol tamamilə humanitar məqsədlər üçün açıqdır.

Bu gün isə saat 09.20-dək sülhməramlıların bir avtomobilinin yoldan sərbəst hərəkət etməsinə şərait yaradılıb.

***

Bu gün isə saat 14.00-a olan məlumata görə, bu gün gün ərzində sülhməramlılara məxsus ümumilikdə 54  avtomobil yoldan sərbəst hərəkət  edib.

***

Bu gün isə saat 22.00-a olan məlumata görə, sülhməramlılara məxsus daha 18 maşın ərazidən keçid edib. Bununla da gün ərzində ümumilikdə 72  avtomobil yoldan sərbəst hərəkət  edib.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA