Almaniya yığmasının futbolçusu türk klubunu seçəcək, yoxsa....?

img

07-03-2023 [19:22]


"Qalatasaray"la "Fənərbaxça" Dortmundun "Borussiya" komandasında çıxış edən Suriya əsilli alman futbolçu Mahmud Dahoudu heyətinə qatmaq üçün yarışa girib.

Mia.az xəbər verir ki, Almaniya yığmasında da oynayan 27 yaşlı yarımmüdafiəçinin alman nəhəngi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Almaniyanın “Sky Germany”də yer alan xəbərə görə, Dortmund “Borussiya”sında çıxış edən Mahmud Dahoudla “Fənərbaxça” və “Qalatasaray”la yanaşı,  "Lester Siti", "Real Betis", "Sevilya", "Napoli", "Milan", "Roma", "Arsenal" və "Atletiko Madrid" klublar da var.

Xatırladaq ki, bu mövsüm Almaniya yığmasında ümumilikdə 7 oyun keçirən Mahmud Dahoud 288 dəqiqə meydanda olub. 

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA