Azərbaycanlını Rusiyada restoranda güllələdilər

img

07-05-2014 [22:53]


Zərdab rayon sakini Rusiyada öldürülüb. MIA APA-ya istinadən bildirir ki, hadisə bu ilin may ayının 4 - də, Moskva şəhəri yaxınlığındakı restoranların birində baş verib.

Moskva yaxınlığındakı restoranda gözətçi işləyən Zərdab rayon sakini 1981 – ci il təvəllüdlü Eminov Cahangir Rövşən oğlu güllələnərək öldürülüb.

Məlumata görə, 2 qrup arasında baş verən silahlı insident zamanı C. Eminov baş və bədən nahiyəsindən bir neçə güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.

Mərhum bu gün doğulduğu rayonun Körpükənd kəndində torpağa tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA