Kılıçdaroğlu CHP-dən getdi: "Ölərsək, bu vətən üçün öləcəyik"

img

07-03-2023 [16:21]


"Sizlərə vidla etmək çox çətindir. Bu partiya mənim evim, siz isə can yoldaşlarımsınız. Bu gün burada partiya sədri kimi son dəfə qarşınıza çıxıram".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə müxalfətinin vahid namizədi elan olunan Kamal Kılıçdaroğlu CHP-nin parlamentdəki qrupu ilə görüşdə deyib.

O, qrup toplantısında çıxşını davam etdirərək, bildirib ki, Millət İttifaqı olaraq müttəfiqləri ilə birgə Türkiyəni aydınlığa çıxaracaqlar: "Səadet Partiyasının lideri Temel Karamollaoğlu bilgədir, cəsurdur. Bu bilgə Türkiyənin yolunu aydınlatmaya davam edir. Gələcək Partiyasının lideri Ahmet Davudoğlu günlərdir yatmır. Deva Partiyasının lideri Ali Babacanla birlikdə bu ölkə üçün alın təri tökcəyik. Gültekin Uysal ürəkli, cəsur və gənç bir liderdir. Meral xanımla bu qaranlığı birgə bitirəcəyik, yeri gəldiyindən yumruğunu masaya yaxşı vurur, arada ülkücü damarı da tutur, bunları da qayət yaxşı bilirəm".

CHP sədri daha sonra xalqa mesaj verib: "Burada söyləmişdim. Övladım dediyim Əkrəm İmamoğlu. İllərdir çox çiyin-çiyinə verdik. Bir-birimizi qoruyub qovladığəmız dostum Mansur Yavaş, o da buradadır. Böyük loxma yeyəcəyik, amma böyük söz etməyəcəyik. Öləcəksək, bu vətənə olan sevgimizdın öləcəyik. Bir gün bacardıq deyəcəyik. Haqqınızı halal edin, dostlarım. Hadi bismillah"

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA