LAÇIN YOLUNDA AKSİYANIN 86-CI GÜNÜ: daha 8 maşın erməni Xankəndidən gedib (Yenilənib)

img

07-03-2023 [20:58]


Laçın yolunun Şuşadan keçən hissəsində ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyası davam edir.

Mia.az xəbər verir ki, 86 gündür azərbaycanlı ekofəallar sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə ekoloji terrorun dayandırılması və Azərbaycanın rəsmi qurumlarının ərazidə monitorinq aparmalarına şərait yaradılmasını tələb edirlər.

Qeyd edək ki, 86 günlük aksiyaya rəğmən, Xankəndiyə gediş-gəliş problemsiz davam edir.

Dünən gün ərzində sühlhməramlıların 80 maşını ərazidən maneəsiz keçid edib.

Bu gün isə saat 10.20-dək sülhməramlıların bir, Beynəlxalq Qızıl Xaç Komitəsinin isə 8 avtomobili yoldan sərbəst hərəkət etməsinə şərait yaradılıb. Qeyd edək ki, komitənin maınları Xankəndidə Ermənistana gedən erməni ailələrini daşıyıb.

***

Bu gün saat 11.18-ə olan məlumata görə, sülhməramlılara məxsus daha 19 maşın yoldan maneəsiz keçib.

Bununla da bu gün hələlik Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 20-yə çatıb.

***

Bu gün saat 13.58-ə olan məlumata görə, sülhməramlılara məxsus daha 28 maşın yoldan maneəsiz keçib.

Bununla da  Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 48-ə çatıb.

***

Bu gün isə saat 17.15 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin daha  8 avtomobili Xankəndiyə keçid edib. 

***

Bu gün saat 20.58-ə olan məlumata görə, sülhməramlılara məxsus daha 26 maşın yoldan maneəsiz keçib.

Bununla da  Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 74-ə çatıb.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA