Türk Dövlətləri Qiymətləndiricilər Birliyi Təşkilat Komitəsi yaradılıb - Vüqar Oruc kordinator seçilib
06-03-2023 [17:10]
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc və Qazaxıstanın Qymətləndirmə Palatasının sədri Askar Omerbekov yeni yaradılmış Türk Dövlətləri Qiymətləndiricilər Birliyi Təşkilat Komitəsinin kordinatorları seçilib.
Mia.az xəbər verir ki, bununla bağlı qərar ötən il keçirilmiş onlayn toplantıda qəbul edilib.
Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın həqiqi, Şimali Kiprin isə müşahidəçi üzv qismində qatıldığı qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
V.Oruc "Report"a bildirib ki, türk dövlətlərində fəaliyyət göstərən qiymətləndirici qurumları öz ətrafında cəmləşdirən platformanın Kordinasiya Mərkəzi aprel ayında Bakıda bir araya gələcək: “İyun ayında isə Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyinin təsis yığıncağı keçiriləcək. Türk dünyası qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin qurulması, birgə fəaliyyət mexanizminin təşviq edilməsi, vahid məlumat bazasının yaradılması, təcrübə mübadiləsinin təşkili, habelə türk dünyası dövlətləri arasında inteqrasiyanın təmin olunması istiqamətində fəaliyyət göstərəcək birliyin müvafiq strukturları formalaşdırılacaq. Təsis qurultayına qədər isə Təşkilat Komitəsinə rəhbərlik A.Omerbekovla mənə həvalə edilib”.
Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlı razılıq V.Oruc və A.Omerbekov, eləcə də Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci,Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov arasında əldə edilib. Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti tamhüquqlu, Şimali Kipr Dəyərləmə Uzmanları Birliyi isə müşahidəçi üzv kimi Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər.
Yekunda birliyin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, mütəmadi iclaslar keçirilməsi və təsis konfransının hazırlıqla bağlı müvafiq qərarlar qəbul olunub.
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...