LAÇIN YOLUNDA AKSİYADAN 83 GÜN KEÇİR - Yenilənib

img

04-03-2023 [19:02]


Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı azərbaycanılıların fasiləsiz etiraz aksiyasından 83 gün keçir.

Mia.az xəbər verir ki, etirazçılar bu gün ekloji terrorun dayanfırılması barədə şüarlar qaldırıb, tələblər səsləndirirlər.

Bununla belə, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə Azərbaycanın rəsmi qurumlaırnın monitorinq aparılmasını tələb edirlər.

Qeyd edək ki, aksiyanın keçirildiyi müddətdə yol hərəkət üçün heç vaxt bağlanmayıb. Laçın yolundan hər gün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sülhməramlılara məxsus maşınlar maneəsiz hərəkət edirlər.

***

Bu gün saat 13.00-a qədər Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 50 maşın maneəsiz hərəkət edib.

***

Saat 16.00-a olan məlumata görə, bu gün Laçın yolunda  BQXK-ya məxsus 9 maşın hər iki istiqamətə maneəsiz hərəkət edib.

***

Bu gün saat 19.02-yə olan məlumata görə. sülhməramlılara məxsus daha 11 maşın maneəsiz hərəkət edib.

Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 61-ə çatıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA