ƏRDOĞANIN LİDERİ OLDUĞU BLOKDAN AKŞENERƏ DƏVƏT GƏLDİ: "Məmnun olarıq!"

img

03-03-2023 [22:01]


İYİ Partiyanın sədri Meral Akşenerin Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyinə qarşı çıxaraq "6-lı Masa"dan ayrılması prezident Ərdoğanın seçki bloku olan "Cumhur İttifaqı" tərəfindən müsbət qarşılanıb.

Mia.az "Haberturk" TV-yə istinadla xəbər verir ki, bu barədə ittifaqın 3 üzvündən biri olan Böyük Birlik Partiyasının (BBP) lideri Mustafa Destici danışıb.

O bildirib ki, İYİ Partiya liderinin bugünkü bəyanatı artıq onların yerinin "6-lı Masa"da olmadığını göstərir: "İYİ Partiya ya təkbaşına, ya da bizimlə birgə - Cumhur İttifaqında hərəkət edərsə, məmnun olarıq. Bundan əvvəl "Cumhur İttifaqı"nın genişlənməsinə çox isti baxdığımı da ifadə etmişəm, indi də bu fikirdəyəm".

BBP sədri onu da bildirib ki, CHP lideri Kamal Kılıçdaroğlu SOL Partiya ilə Türkiyə İşçi Partiyası ilə təmas qurub: "Onun qarşıdakı günlərdə HDP ilə də müzakirə üçün görüşəcəyini gözləyirəm".

Samir

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA