LAÇIN YOLUNDA AKSİYANIN 82-ci GÜNÜ: etiraz davam edir

img

03-03-2023 [20:00]


Bu gün Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı azərbaycanılı könüllülərin fasiləsiz aksiyasından 82 gün ötür

Mia.az xəbər verir ki, bu gün səhərdən yenə də aksiyaçılar sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə baş verən ekloji terrora qarşı şüarlar qaldırıb, ərazidə monitorinq aparılmasını tələb edirlər.

Onu da qeyd edək ki, etiraz aksiyasına baxmayaraq, yol açıqdır.

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 12 (6-ı yük maşını olub) avtomobilin Xankəndidən Ermənistana hərəkət etməsinə şərait yaradılıb. Həmin maşınlarda erməni ailələri olub.

Bununla belə, sülhməramlıların da 9 maşını bu gün saat 09.30-dək ərazidən keçid edib.

***

Bu gün saat 12.27-yə olan məlumata görə, sülhməramlılara məxsus daha 24 maşın aksiyanın olduğu ərazidən maneəsiz keçid edib.

Bununla da hələlik Laçın yolundan gün ərzində hər iki istiqamətə sərbəst hərəkət edən sülhməramlıların maşınlarının sayı 33-ə çatıb.

***

Bu gün saat 14.39-a olan məlumata görə, sülhməramlılara məxsus daha 25 maşın aksiyanın keçirildiyi ərazidən maneəsiz keçid edib.

Bununla da hələlik Laçın yolundan gün ərzində hər iki istiqamətə sərbəst hərəkət edən sülhməramlıların maşınlarının sayı 57-yə çatıb.

***

Bu gün saat 16.30 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus daha 5 maşında erməni ailələri Ermənistandan Xankəndiyə gedib.

***

Bu gün, eyni zamanda, sülhməramlıların daha 17 maşını yolda sərbəst hərəkət edib. Bununla da yolda hərəkət edən rus sülhməramlılarına məxsus maşınların sayı 74-ə yüksəlib .

***

Bu gün saat 20.00-a olan məlumata görə, sülhməramlılara məxsus daha 6 maşını yolda sərbəst hərəkət edib. Bununla da gün ərzində aksiyanın olduğu ərazidən keçən rus sülhməramlılarına məxsus maşınların sayı 80-ə yüksəlib .

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA