Bu gün Rusiya və ABŞ rəsmiləri görüşüblər - Cenevrədə nələr müzakirə edilib?

img

02-03-2023 [22:18]


Bu gün Rusiya və ABŞ rəsmiləri Cenevrədə görüşüblər.

Mia.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

O bildirib ki, görüşdə bir çox məsələlərlə yanaşı təbii olaraq strateji silahların azaldılması barədə saziş ətrafında fikir mübadiləsi aparılıb: "Təbii ki, Amerika tərəfi Rusiyanın bu sazişdəki iştirakını dayandırmasından narahatdır. Bu məsələ ətrafında müzakirələrin davam etdirilməsinə razılaşdıq".

Rusiya XİN başçısının müavini belə görüşün Britaniya və Fransa nümayəndələri ilə nəzərdə tutulmadığını da deyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisdəki çıxışında Rusiyanın ABŞ ilə qeyd edilən sazişdə iştirakını dayandrıacağını bəyan edib. Bundan bir gün sonra isə o, o bu sazişdən çıxmaları barədə fərman imzalayıb.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA