SOCAR-ın müstəqil kredit reytinqi artırılıb
01-03-2023 [14:15]
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək təminatlı borcunun uzunmüddətli emitent kredit və emissiya reytinqlərini “BB-” səviyyəsində təsdiqləyib, müstəqil kredit qabiliyyəti reytinqini (SACP) isə “b-“dən “b”yə yüksəldib.
S&P xəbər verir ki, “sabit” reytinq proqnozu SOCAR-ın likvidliyinin idarə oluna biləcək səviyyədə olduğu, həmçinin hökumətin təcili və davamlı dəstək göstərməyə hazırlığının davam edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.
“Bu, həmçinin, şirkətin kapital qoyuluşu layihələri və əsas əməliyyatlarında heç bir böyük gecikmə, artıq xərc və ya əməliyyat problemlərinin olmayacağı və SOCAR-ın hökumətlə çox güclü əlaqələrində əsaslı dəyişikliklərin baş verməyəcəyinə dair gözləntilərimizi əks etdirir”, - məlumatda bildirilir.
S&P bildirir ki, SOCAR hazırda xammal məhsullarının qiymətlərinin yüksək olmasından faydalanır ki, bu da 2022-2024-cü illərdə şirkətin mənfəətini və pul axınlarını artıracaq, həmçinin göstəricilərini yaxşılaşdıracaq: “Neft və qaz qiymətlərinin aşağı olması səbəbindən nisbətən zəif keçmiş 2020-ci ildən sonra daha əlverişli bazar şərtləri SOCAR-ın mənfəətinin xeyli artmasına gətirib çıxarıb.
SOCAR gəlirlərdə və pul axınında nəzərəçarpacaq artım nümayiş etdirib. Biz 2022-ci ildə konsolidə edilmiş EBITDA-nın təqribən 10 milyard manat olacağını proqnozlaşdırırıq, halbuki 2021-ci ildə bu göstərici 7,8 milyard manat və 2020-ci ildə isə cəmi 4,3 milyard manat olub”.
Agentlik hesab edir ki, reytinqin artması potensialı suveren reytinqin yüksəldilməsi ilə bağlı ola bilər: “Hesab edirik ki, şirkətin böyük borcunu və dövlət dəstəyi ilə əlaqədar reytinqi onsuz da əhəmiyyətli dərəcədə yüksəltdiyimizi nəzərə alaraq, yaxın 1-2 ildə reytinqdə müsbət dəyişikliklərin baş verməsi ehtimalı azdır. Bundan sonra müsbət reytinq dəyişikliyi daha az aqressiv və daha proqnozlaşdırıla bilən maliyyə siyasəti üzrə SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqinin azı “bb-” səviyyəsinə yüksəldilməsi, eləcə də məlumatların açıqlanması və hesabatlılıq daxil olmaqla, idarəetmə və korporativ idarəetmə təcrübələrinin yaxşılaşdırılması ilə dəstəklənə bilər”/Report.
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...