General və sabiq idarə rəisləri hakim qarşısına çıxarıldı - Məhkəmə işi
28-02-2023 [16:13]
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə proses davam edir.
Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sonuncu prosesdə ilk olaraq zərərçəkən Əhməd Mirzəyev çıxış edib. O, heç bir günahı olmadan həbsə alındığını bildirib:
“Heç bir qaçaqmalçılıqla məşğul olmadığım halda məni istintaqa cəlb etdilər. MTN-nə çağırdılar, birbaşa İstinaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyevin otağına apardılar. Məndən 500 min manat pul istədi. Əks halda ən azından qaçaqmalçılıqla 8 il azadlıqdan məhrum olunacağımı bildirdi. 1 aya yaxın məni qanunsuz olaraq həbsdə saxladılar. Şirkətimə Çingiz Əsədullayevin bankından 300 min dollarlıq kredit xətti açdılar. Ümumilikdə 400 min dollar pul alıblar. Bundan sonra 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayev məni otağına gətizdirdi, “pul çatıb, səni azad edəcəyik” dedi. Təhsin Ağayev də məndən 10 min manat alıb qaçdı. Bu gün məhkəmələrə gəlmir. Pulu aldıqları gün məni azadlığa buraxdılar. Amma bundan sonra da Mövlam Şıxəliyev məndən əl çəkmədi. Hər dəfə bir sifariş göndərirdi.
2010-2015-ci illər ərzində santexnka malları satılan mağazamdan müntəzəm olaraq öz malikanələri, obyektləri üçün pulsuz kafel-metlax və santexnika avadanlıqları daşıtdırdı. Payçısı olduğum Gədəbəy Mineral Suları zavodundan pulsuz 5 il ərzində “Slavyanka” suları ilə öz evlərini və obyektlərini təmin edirdi. Qızıldan “Vertu” telefonu və “Stefano Ricci” mağazasından ad gününə kostyum almaq adı altında məndən 25 min dollar qopardı”.
Zərərçəkən Müsənnif Salahov da məhkəməyə verdiyi apellyasiya şikayətini müdafiə edib:
“Mövlam Şıxəliyevə verilmiş cəzanın ağırlaşdırılmasını tələb edirəm. 2012-ci ilin martında “Texnikabank işi” üzrə MTN-də aparılan araşdırıma ilə bağlı MTN-nə dəvət olunmuşam. O zaman bankın Sumqayıt filialının rəhbəri idim. Martın 27-də ümumi suallar verib izahat aldılar. Vüsal Ələkbərov məni apardı Mövlam Şıxəliyevin müavini Təhsin Ağayevin yanına. Orada məndən 3 milyon pul istənildi. Həmin gün evə qayıtdım və səhərisi gündən təzyiqlər başladı. Zəngləri Təhsin Ağayev edirdi. Vüsal Ələkbərov deyirdi ki, pulu gətir, gətirməsən, sən də Etibarın(“Texnikabank” rəhbəri) yanına gedəcəksən. Dedim ki, məndə o pul yoxdur. Uzun-uzadı tələblər oldu, pulu verə bilmədim. Bir dəfə 200 min gətirib verdim. 1 həftə sonra qaytarıb verdilər ki, bəs biz ciddi adamlarıq, bu iş 200 minlə düzələn deyil. Dedilər ki, Mövlam Şıxəliyev yoxdur, qızı xəstədir, onunla bərabər Türkiyədədir. Sağ olsun, gələndən sonra çox xahiş-minnətdən sonra 600 min manatın üzərində dayandı. 500 minini aparıb verdim. 1 həftə vaxt verdi ki, 100 mini də verim. Gətirib o pulu da verdim. Ona görə də bu gün şikayətimi müdafiə edirəm, dəymiş zərərin ödənməsini istəyirəm”.
Digər zərərçəkənlər də Mövlam Şıxəliyevin ünvanına ittihamlar səsləndirərək, onun cəzasının ağırlaşdırılmasını xahiş edib.
Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov çıxış edib. Vəkil bildirib ki, müvəkkilinin əməlində cinayət sıfıra bərabərdir. Vəkil bildirib ki, Mövlam Şıxəliyevə məxsus olan və üzərinə həbs qoyulan əmlakların 90 faizini o, MTN İstintaq Baş İdarəsinin rəisi olmazdan əvvəl əldə edib. Vərəsəlik şəkilində onun alə üzvlərinə keçən pay torpağı müsadirə olunub.
Vəkil bildirib ki, Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva bacısı oğlu Ağabala Şıxıyevlə birlikdə mebel biznesi ilə məşğul olublar. Biznesdə Aybəniz Şıxəliyevanın oğlu Elgün Şıxəliyev də iştirak edib. Vəkil Səbail rayonu ərazisində Aybəniz Şıxəliyevanın mebel biznesindən əldə etdiyi gəlirlər hesabına əmlaklar aldığını diqqətə çatdırıb. Bildirib ki, həmin əmlakların 2-də bir hissəsi müsadirəyə götürülüb. Halbuki həmin dövrə aid Mövlam Şıxəliyevin əməlində hər hansı bir ittiham yoxdur.
Daha sonra sonra hakim çıxış üçün sözü dövlət ittihamçısına verib. O, Bakı Hərbi Məhkəməsinin Mövlam Şıxəliyev və digər 3 şəxs barəsində çıxardığı hökmün cəza hissəsi ilə razı olduğunu deyib. Dövlət ittihamçısının narazı qaldığı hissə isə müsadirəyə götürülən əmlaklarla bağlıdır.
Belə ki, Bakı Hərbi Məhkəməsi istintaq dövründə üzərinə həbs qoyulan əmlakların yarısına qədərini Mövlam Şıxəliyevə qaytarıb. Dövlət ittihamçısı isə bildirib ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub və geri qaytarıla bilməzdi. Ona görə də məhkəmədən xahiş edib ki, xüsusi müsadirədən çıxarılan həmin əmlaklar tam olaraq müsadirəyə götürülsün.
Dövlət ittihamçısının çıxışından sonra proses martın 6-na qədər təxirə salınıb.
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!