Azərbaycan hərbçiləri qumbaraatan və snayperlərlə döyüş atışlı təlimdə - VİDEO

img

28-02-2023 [12:00]


Cari ilin döyüş hazırlığı planına uyğun olaraq qumbaraatan və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, atışdan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Daha sonra müxtəlif kateqoriyalı hərbi qulluqçular təlim sahələrində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Çalışmaların keçirilməsində başlıca məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA