CEYHUN BAYRAMOVLA LAVROV BİR ARADA: təkbətək və geniş tərkibli görüşlər oldu, birgə mesajlar verildi (Yenilənib)
28-02-2023 [19:10]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, nazir Ceyhun Bayramov və nazir Sergey Lavrov arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüşdə Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regionda mövcud vəziyyət müzakirə olunub.
Azərbaycan və Rusiya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, tranzit, mədəni, humanitar, təhsil və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda münasibətlərin inkişafında iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Post-münaqişə dövründə regionda mövcud vəziyyət, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində imzalanmış üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycanın göstərdiyi sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, iki dövlət arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında Azərbaycanın davamlı olaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi, o cümlədən sülh gündəliyinə xələl gətirən təxribatları ilə üzləşdiyini bildirib.
Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarının pozulmasının daha bir nümunəsi olaraq yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycanın vətəndaş cəmiyyətinin haqlı etirazına səbəb olduğu bir daha diqqətə çatdırılıb. Ermənistan tərəfinin davamlı təxribatlarına baxmayaraq Azərbaycanın sözügedən etiraz aksiyasının neqativ humanitar nəticələrinin olmaması, o cümlədən sülh gündəliyinin irəli aparılması üçün əlindən gələni əsirgəməyəcəyi bildirilib.
Nazir Sergey Lavrov, bu ilki rəsmi səfərinin ötən ilin 22 fevral tarixində imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında əlamətdar rolu olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə təsadüf etdiyini xatırlayıb. Bu xüsusda, iki ölkə arasında müxtəlif sahələrdə mövcud münasibətlərin inkişafında mövcud müqavilə-hüquq bazasının əhəmiyyəti qeyd olunub. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
****
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Mia.az xəbər verir ki, nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.
Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Mia.az xəbər verir ki, ilk çıxış edən nazir Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında çox etibarlı münasibətlər var:
“Azərbaycanla Rusiya arasında son 30 ildəki əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dostluq və mehriban qonşuluq münasibətlərinin mütərəqqi inkişafı kimi xarakterizə etmək olar. Bu gün biz ətraflı müzakirələr apardıq, ikitərəfli münasibətlərə dair geniş spektrli məsələləri müzakirə etdik, ötən ilin yekunlarına və bu il üçün planlara yekun vurmaq imkanı əldə etdik.
Ölkələrin əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mehriban qonşuluq münasibətlərinin mütərəqqi inkişafı kimi xarakterizə etmək olar. Bu kontekstdə ötən il imzalanmış Bəyannamə bu 30 illik tarixi dövrün məntiqi nəticəsidir”.
Nazir daha sonra Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üştərəfli bəyanatlardan söz açıb: “Azərbaycan üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır. Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini, yəni humanitar məsələlərlə bağlı bəndləri pozması olub. Etirazlar başlayanda isə Ermənistan bununla və yol təhlükəsizliyi məsələsi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bütün məsuliyyəti Azərbaycan və Rusiyanın üzərinə atmağa çalışırdı. Ermənistan paralel olaraq yolda vəziyyətlə bağlı təhrif olunmuş məlumatları fəal şəkildə təbliğ edir və bu vəziyyət ətrafında ajiotaj yaratmağa çalışır, eyni zamanda bu məsələ ilə bağlı danışıqlardan imtina edir. Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir”.
Ceyhun Bayramov bir da rəsmi irəvanı sülh sazişindən yayınmaqda ittiham edib. Bildirib ki, Ermənistan sülh müqaviləsinin imzalanmasına hələ danışıqların əvvəlindən daim mane olub: "Mən cənab Lavrovu sülh müqaviləsinin imzalanması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi barədə məlumatlandırdım...".
Bayramov daha sonra qeyd edib ki, Ermənistanın Azərbaycanın bir zamanlar işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələyə hüquqi müstəvidə baxılmalıdır: "Bu prosesin sülh müqaviləsinin imzalanması prosesinə heç bir təsiri yoxdur, lakin bu, ayrıca müzakirə olunur. Bu, Azərbaycanın dövlətlərarası səviyyəyə qaldırdığı yeganə arbitraj və ya məhkəmə prosesi deyil. Bu, bizim Ermənistana qarşı qaldırdığımız yeganə iddia deyil. Burada Azərbaycanın təbii sərvətlərinin talanmasında bilavasitə iştirak etmiş Ermənistan Respublikasına qarşı tələblərin qanuniliyini sübut edən bir çox komponent var. Bəs bu prosesin sülh müqaviləsi layihəsi ilə əlaqəsi varmı? Xeyr, inanırıq ki, bunlar bir-biri ilə əlaqəli olmayan iki yoldur. Bu, bizim Ermənistana qarşı bu ərazilərdə qanunsuz fəaliyyətə görə iddialarımızdır. Hesab edirik ki, bu məsələyə hüquqi müstəvidə baxılmalıdır. Eyni zamanda, biz sülh müqaviləsi barədə danışarkən gələcək barədə düşünürük. Belə ki, bu iki prosesi bir-birinə qarışdırmırıq”.
Rusiya XİN başçısı Lavrov isə qeyd edib ki, Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı əməkdaşlığın dərinləşməsi bölgənin xeyrinədir: "Ölkələrimiz arasında siyasi, iqtisadi və ticarət əməkdaşlığı fəal şəkildə inkişaf edir. İlin sonunda ticarət dövriyyəsinin rekord həcmdə olacağı, həmçinin yanacaq və bir sıra digər sahələrdə əməkdaşlığın artacağı gözlənilir. Biz həmçinin “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması və yanacaq-energetika sektoru daxil olmaqla, digər layihələrin reallaşdırılması regionun dünya miqayasında əhəmiyyətini artıracaq”.
Lavrovun sözlərinə görə, Rusiya Azərbaycanın postmünaqişə dövründə inkişafına bundan sonra da müsbət təsir göstərməyə hazırdır.
Daha sonra Azərbaycanla Ermənistan arasındakı danışıqlara toxunan Lavrov Rusiyanın tərəflər arasında etimadın yaranması üçün əlindən gələni etdiyini deyib.
O, bu məsələdən Qərbin sui-istiafdə etməyə çalışdığını da sözlərinə əlavə edərək, bildirib ki, Avropa İttifaqı Ermənistan ərazisinə müşahidə missiyası göndərməklə Azərbaycan və Ermənistan arasındakı gərgin münasibətdən yararlanır: "Avropa İttifaqı Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərindən açıq-aşkar sui-istifadə edir. Bu da sülh prosesinə mane olur. Ancaq Rusiya əksinə, sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək edir və bu prosesi daha da irəliyə aparmaq üçün əlindən gələni edir. Deyə bilərəm ki, hər ii tərəf buuna etiraz etmir, ancaq yekin razılaşma ilə bağlı fikir ayrılıqları var. Ki, bunlar da danışıqlarla həllinə açlışmaq lazımdır. Biz tərəflər arasnda bu məqsədlə görüşlərin davam etdirilməsini vaci heab edirik".
Samir Musayev
MİA.AZ
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib