RUSİYA BU ÖLKƏYƏ DƏ QOŞUN YERİDƏCƏK? - Putinin sözçüsü "vəziyyət həyəcanvericidir" dedi, hücum ehtimalının anonsunu verdi
28-02-2023 [09:12]
"Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları, o cümlədən son 10-cu paket sanksiyası axmaqlıqdır".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada bir qrup jurnalistlə ənənəvi görüşündə deyib.
O, sanksiya siyahısında əsir mübadiləsi ilə məşğul olan Rusiya İnsan Haqları Müvəkkili (Ombudsman) Tatyana Moskalkovanın adının yer almasını isə gülünc sayıb:

"Təbii ki, bütün bunlar cəfəngiyyatdır. Sanksiya siyahısı yaratmaq və ya onu təbliğat üçün şouya çevirmək məqsədiylə aidiyyatı olmayan şəxsləri qaralamaq, həmçinin kimi gəldi siyahıya salmaq axmaqlıqdır. Təbii ki, biz bu cəfəng addımlardan narahat deyilik. Düzdür, sanksiya siyahısında bacarıqlı iş adamları da var. Onlar da bundan narahat deyil. Mən buna əminəm...".
“Çinin sülh planını diqqətə alırıq"
Çinin Ukrayna probleminin həlli ilə bağlı sülh planına toxunan Peskov deyib ki, böhranın sülh yolu ilə həllinə töhfə verəcək istənilən plana həssas yanaşırlar:

"Çinli dostlarımızın planını da böyük diqqətlə nəzərdən keçiririk. Əlbəttə, plandakı detallar təhlil edilməli və tərəflərin maraqları nəzərə alınmalıdır. Bu da uzun və gərgin proses, zaman tələb edir. Hazırda biz münaqişənin sülh yolu iə həll edilməsi və bunun üçün danışıqların bərpası üçün hər hansı şərt irəli sürmürük. Hər şey Ukrayna tərəfindən aslıdır. Biz hazırda xüsusi əməliyyatımızı davam etdirir, qarşıya qoyulan hədəflərə doğru irəliləyirik".
"Moldavadakı vəziyyət kritikdir"
![]()
Moldovada birtərəfli qaydada müstəqilliyini elan edən qondarma Dnestryanı bölgəsindəki vəziyyətə toxunan Peskov buradakı vəziyyətin həyəcanverici olduğunu iddia edib: "Biz oradakı vəziyyəti diqqətlə və yaxından izləyirik. Biz bilirik ki, Kiyev rejimi və Avropa ölkələrindəki rəqiblərimiz orada müxtəlif təxribatlar edə bilərlər. Onun üçün də biz hazırlıqlıyıq...".
Peskov bu kimi təxribatların qarşısını kəsmək üçün Moldova ilə sərhəddə əlavə ordu birləşməsi yeritdiklərini gizlətməyib. Bildirib ki, bu barədə fevralın 23-də Rusiya Müdafiə Nazirliyi də açıqlama yayıb: "Ukrayna Dnestryanı bölgəyə silahlı təxribat hazırlayıb və bunün qarşısını almaq üçün bölgəyə yaxın olan hərbi qüvvələrimiz gücləndirilib. Dediyim kmi, biz hazırıq".
Xatırladaq ki, Moldova Müdafiə Nazirliyi bu məlumatla bağlı açıqlama yayaraq, Dnestryanı bölgədəki vəziyyəti nəzarətdə saxladıqılarını bildirib: "Hələlik dövlətimizin təhlükəsizliyinə birbaşa təhdid yoxdur...".
Samir MUSAYEV
MİA.AZ
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib