LAÇIN YOLUNDA AKSİYANIN 78-ci GÜNÜ: fasiləsiz etirazlar davam edir (Yenilənib)

img

27-02-2023 [17:16]


Bu gün 78 gündür Laçın yolunun Şuşadan keçən hissəsində azərbaycanılı ekofəalların ermənilərin ekoloji terroruna qarşı aksiyası davam edir.

Mia.az xəbər verir ki, Qarabağ iqtisadi rayonunda ermənilərin ekoloji terrorunun dayandırlması və orada monitorinq aparılmasına şərait yaradılması tələbi ilə davam edən fasiləsiz aksiya bu gün də eyni tələblə açıq elan olunub.

Xatırladaq ki, Ermənistanın və onun havadarlarının yalan iddialarına baxmayaraq, Laçın yolu humanitar məqsədlər açıqdır.

Təsadüfi deyil ki, hər gün bu yoldan Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sülhməramlıların ümumilikdə 70-100 arası maşınları maneəsiz hərəkət edirlər.

***

Bu gün saat 10.37-yə kimi Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 5 maşın maneəsiz hərəkət edib.

***

Bu gün saat 11.25-ə kimi Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 31 maşın maneəsiz hərəkət edib.

Bununla da yolda sərbəst şəkildə istifadə edən  Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 36-ya çatıb.

***

Bu gün saat 13.34-ə kimi Laçın yolunda sülhməramlılarına məxsus daha 3 maşın maneəsiz hərəkət edib.

Bununla da askiyanın keçirildiyi ərazidən gün ərzində istifadə edən avtomobillərin sayı 39-a çatıb. 

****

Bu gün saat 16.00 radələrində aksiyanın keçirildiyi əraziyə qrup xarici jurnalist gəlib. Onlar aksiya barədə etirazçılardan ətraflı məlumat alıblar.

***

Bu gün saat 17.15-ə kimi  aksiyanın keçirildiyi ərazidən daha 24 sülhməramlı maşını keçib.

Bununla da gün ərzində yoldan keçid edən maşınlaırn  sayı 63-ə yetişib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA