İSTANBULUN ZƏLZƏLƏ RİSKİ DAŞIYAN RAYONLARI... - Siyahı

img

24-02-2023 [13:52]


Fevralın 6-da on minlərlə insanın həlak olduğu zəlzələ Türkiyənin qəlbi sayılan İstanbulda da qorxu yaradıb.

Mia.az xəbər verir ki, artıq İstanbul sakinləri zəlzələ riski olan rayonlardakı evlərini tələsik sataraq daha güvənli rayonlara köç etməyə can atır.

Türkiyə mətbuatı yazır ki, bu məqsədlə ev alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayı kəskin artıb.

Xatırladaq ki, zəlzələ şünaslar və mütəxəssislər İstanbulun əsasən dəniz sahilinə yaxın ərazilərinin böyük zəlzələ riski yaşadığını iddia edirlər.

Onların davamlı xəbərdarlığından sonra İstanbulun ən güvənli və ən riskli rayonlaırnın adları Türkiyə mediasına yayılıb.

Beləliklə, İstanbulun ən gücənli rayonları bunlardır: 

1. Başakşehir

2. Kayaşehir

3. Arnavutköy

4. Ümraniye

5. Ataşehir

Bu rayonlar isə İstanbulun zəlzələ riuski böyük olan rayonlarıdır:

1. Fatih

2. Bağcılar

3. Avcılar

4. Esenyurt

5. Bakırköy

6. Esenler

7. Şirinevler

8. Tuzla

9. Kartal

Samir MUSAYEV

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA