Naxçıvan Ali Məhkəməsinə yeni sədr təyin olundu - Səadət Bəktaşi barədə sərəncam verildi (Yenilənib)

img

28-02-2023 [17:02]


Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Digər sərəıncamla o, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin olunub.

***

Fevralın 24-də Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədri, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Səadət Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakimliyi təsdiqlənib.

Mia.az xəbər verir ki, məsələyə Milli Məclisin bu gün keçirilən plenar iclasında baxılıb.

İclasda Səadət Bəktaşinin məhkəmə sistemindəki fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, o, öz peşəsinə məsuliyyətlə yanaşıb, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəlib.

Deputatlar Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin hazırki fəaliyyətini və yeni təyinatını təqdirəlayiq hesab ediblər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Mia.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə yeni hakim təyin olunan Səadət Bəktaşi tezliklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini sədri təyin ediləcək.

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA