LAÇIN YOLUNDA AKSİYA: 75 gündür fasiləsiz davam edir - Bu gün daha 7 maşında erməni ailəsi Ermənistana yollanıb (Yenilənib)

img

24-02-2023 [18:04]


Bu gün Qarabağ iqtisadi rayonunda sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyasında 75 gün ötür.

Mia.az xəbər verir ki, aksiya bu gün də eyni tələblə davam edir.

Könüllü ekofəallar sülhməramlıların nəzarətində olan ərazidə ermənilərin ekoloji terroruna son qoyulması və Azərbaycanın rəsmi qurumlarının bu ərazilərdə monitorinq aparmalarına şərait yaradılmasını tələb edirlər

Xatırladaq ki, Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində 75 gün davam edən aksiyaya baxmayaraq, yol humanitar məqsədlər üçün tam açıqdır.

Yoldan hər gün  Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə ülhməramlılara məxsus maşınlar  sərbəst keçid edirlər.

***

Bu gün saat 09.25 radələrində Xankəndidən bir qrup erməni ailəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 7 maşınla aksiyanın olduğu ərazidən keçməklə Ermənistana yollanıb.

***

Bu gün saat 14.10-a olan məlumata görə, sülhməramlıların 6 maşını yoldan sərbəst şəkildə keçid edib.

***

Bu gün saat 18.02-yə olan məlumata görə, sülhməramlılara məxsus daha 17 maşın yoldan maneəsiz keçid edib.

Bununla günərzində Laçın yolunda sərbəst hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 23-ə yüksəlib.  

Zülfiyyə,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA