KEÇMİŞ SOVET İTTİFAQININ ASİYADAKI YOXSUL QALASI: bu ölkə yenə dəhşətli aclıq təhlükəsi ilə üz-üzədir
23-02-2023 [09:12]
Dünyanı nüvə silahı ilə təhdid edən Şimalı Koreya 33 il əvvəlki kimi, dəhşətli aclıq təhlükəsi ilə üz-üzədir.
Mia.az xəbər verir ki, Asiya ölkələri üzrə araşdırmaçıların fikirincə, Şimali Koreyada kənd təsərrüaftı məhsullarının istehsalının kəskin azalması, ticarətin əlaqələrinin məhdudluğu, loqostika və digər ciddi problemlər böyük insan kütləsini aclıqdan ölmə təhlükəsiylə üzləşdirəcək: "Məsələn, ötən il kənd təsərrüfatı sahəsində istehsal 180 min tondan çox azalıb. Paralel olaraq, ölkədə artıq qida məhsullarının qiyməti kəskin artıb. Əksər məhsullar tapılmır və s. Pisi budur ki, qiymət artımları da dayanmadan davam edir. Üstəlik, ölkəni bu vəziyyətdən çıxaracaq hər hansı perspektiv plan və layihələr də yoxdur...".
Məlumata görə, qida böhranı elə br həddə yetişib ki, Şimalı Koreyanın insan həyatını heçə sayan rəhbəri Kim Çen In belə qayğılanıb: "Artıq hökumət bu ayın sonunadək bütün qurumların, o cümlədən dövlət mediasının iştirakı ilə müşavirəyə geniş hazırlıq görür. Müşavirənin əsas mövzusu kənd təsərrüaftı sahəsindəki acınacaqlı durum və qida böhranından çıxış yolları olacaq".
Cənubi Koreya və yaponiyalı mütəxəssislərin hesabatlarına əsasən, ölkədə qida böhranının başlıca səbəbi quraqlıq, yaxud qəfil yaranan sel fəlakətləri ilə yanaşı, sərhədlərin qapalı olması, xarici ticarətdəki məhdudiyyətlər, nəqliyyat sektorunun bərbadlığı və sair kimi dərin problemlərdir.
Ölkənin rəsmi dövlət Agentliyi KCNA isə “çox ciddi və təcili tədbirlər görüləcəyi"ni yazsa da, dünyanın iqtisadi təşkilatları bunu blef sayır.
Şimalı Koreyaşünaslar isə deyir ki, hökumətin bu böhrandan çıxması mümkünsüzdür: "Bu, əslində, Sovet İttifaqı dağılana qədər ondan böyük yardımlar alan Şimalı Koreya üçün xarakterik haldır. Ancaq mövcud rejimin sərhəd nəzarəti, ağır hava şərtləri, sanksiyalar vəziyyəti son illər daha da dramatikləşdirib. Düzdür, dövlət mediası vəziyyəti kökdən dəyişəcəklərini təbliğ edir. Ancaq hamı bilir ki, bu, doğru deyil, daha dəqiqi, mümkünsüzdür" .
"VFP"nin hesabatına görə, hazırda ölkədəki sərt hava şəraiti ölkədəki böyük böhranı daha da dərinləşdirəcək.
Şimali Koreya ilə bağlı intensiv xəbərlər yayan 38North.org saytının əməkdaşı Benjamin Katzeff Silbersteyn yazır ki, əsasən kənd təsərrüfatı sahəsindəki məhsuldarlığın kəskin azalması qida qiymətlərini təxminlərin üzərində artırıb.
Yaponyanın Şimalı Koreya üzrə ixtisaslaşmış "Rimjin-gang" jurnalı isə yazır ki, ölkədə qarğıdalının qiyməti ilin əvvəlində 20 faiz artıb: "Bunun əsas səbəbi pirinç və düyü məhsulları ilə müqayisədə qarğıdalının nisbətən ucuz olmasıdır".
Bu faktı təsdiq edən 38North.org saytının əməkdaşı Benjamin Katzeff Silbersteyn deyir ki, qarğıdalının bir kq-ı hazırda təxminən 3.8 dollardır: "Bu, Şimalı Koreya üçün çox böyük qiymətdir. Bilirsiniz, Şimali Koreya dünyanın ən yoxsul ölkələrindən biridir"
"NK News"un analitiki Ceyms Fretvell isə deyir ki, ölkədəki sərt qaydalar hər hansı bir xarici təşkilatın ora gedib vəziyyəti gözləri ilə görməsi və real hesabat hazırlamasına imkan vermir: "Bu məhdudiyyətlər ölkə xaricindən yardıma da imkan vermir. Məlumdur ki, Kim Çen In 2020-ci ildə xarici ticarəti də məhdudlaşdıran qanun imzalayb. Bu da ölkədəki qida böhranını bir qədər də ağırlaşdırıb. Pis budur ki, BMT xtti ilə dünyanın humanitaryönlü təşkilatlaırndan bu ölkəyə yardım da kəskin azalıb. Məsələn, bir il əvvəl cəmi 14 milyon yardım var idisə, bu, indi 2.3 milyon dollardan azdır. unun səbəbi Şimali Koreyanın hərbi rejimindən çəkinmə böyük rol oynayır. Heç bir təşkilat mənsubu hıəyatını riskə ataraq bu ölkəyə könüllü yardım gətirmək istəmir".
Ötən həftə isə yerli qəzetlər yazıb ki, ölkə ticarətinin 90 faizini təşkil edən Çinlə nəqliyyat sektorunda yeni işbirliyi üzərində iş gedir: "Artıq koreyalı TIR sürücülərini bu ölkəyə buraxmağa başlayıblar. Amma ekspertlər bunun ölkədəki böhranına az da olsa, təsirinin olmayacağını deyir."
Xatırladaq ki, Kim Şen Inın ölkənin əsas gəlirini silah istehsalı və nüvə sınaqlarına xərcləməsi də vəziyyəti kritikləşdirib: "Mütəxəssislər ölkənin 33 il əvəvlki acı fəlakəti yaşayacağından qorxur. Yəni, 1990-dakı kimi oxşar aclıq təhlükəsi böyükdür."
Məlumat üçün qeyd edək ki, Sovet İttifaqı dağılandan sonra yardımsız qalan Şimali Koreyada aclıqdan 600 mindən br milyona qədər insan ölüb.
Ölkə rəhbərliyi düz 33 ildir ölü sayını rəsmən gizlədir. Bəzilər isə iddia edir ki, aclıqdan ölənlərin sayı bir milyondan qat-qat çox olub.
Lamiyə Əhmədli
MİA.AZ
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarıd olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satıı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndində: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
Göygölün yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Sabiq prezidentə yumurta ilə hücum olub - "Alçaq!"
TƏHSİLİ GÖZLƏYƏN TƏLATÜM... - Kamran Əsədov yazır
SAXTA ÇAYLAR BAZARI BÜRÜYÜB: "Başqa ölkələrdən gətirilən çayları təmiz çaya qarışdırırlar" - AÇIQLAMALAR
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib
PA rəsmisi daha bir icra başçısını kollektivə təqdim etdi - FOTO
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
DÇ-2026: Nigeriya finalın bir addımlığında - Osimhen iki qol atıb
Ağalı kəndinə növbəti köç olub