Xarabaya qalan Hatayda 21 min insan ölüb: "Demək olar ki, sağlam bina qalmayıb..." - FOTOLAR

img

20-02-2023 [00:08]


Hatay bələdiyyəsinin sədri şəhərdə baş verən zəlzələnin yaratdığı fəlakəti rəqəmlərlə ifadə edib.

Mia.az xəbər verir ki, bu barədə o, Türkiyənin "Habertürk" telekanalına açıqlama evrib.

Bələdiyyə sədri Lütfü Savaşın sözlərinə görə, zəlzələ nəticəsində 21 min civarında insan həyatı ilə vidalaşıb: "24 min yaralımız var. Hələ də şəhərimzdəki dağıntılar altında əməliyyat  axtarış davam edir".

Lütvü Savaş bildiriib ki, paralel olaraq şəhərdə dağıntıların təmizlənməsi prosesinə də başlayıblar:

"Hatayda demək olar ki, sağlam bina qalmayıb. Çox sayıda məhəlləmiz yox oldu. Antakya rayonumuzda binalaırn ən azı 80 faizinin sökülməsi qaçılmazdır Bu saat 3 min 100 civarında binamız zatən yerlə bir olub. Bundan başqa 10 mindən çox binada ağır qəza yaranəb, xeyli binada isəq ismən qəzalı vəziyyət var.  Bütnü bu bnalar gələcəkdə ola biləcək zəlzələyə davam gətirə bilməzlər. Bir sözlə, xüsusilə Antakya, Defne, Samandağı, İsgenderun və Kırıkhanda xeyli binalrı söküb yenidən yeni bina tikmək mütləqdir...".

Bələdiyyə sədri zəlzələdən sonra müasir dünyadakı rabitə sistemindən də çox geri qaldıqlarını gördüklərini deyib: "Biz zəlzələnin ilk 8 saatında rabitəsizliyin nə olduğunu anladıq, onun acısı çox yaşadıq. Bu saat rabitəni əsasən votsap vasitəsi ilə qururuq...". 

Lütvü Savaş bölgənin böyük yardımlara ehtiyac olduğunu deyib: "Əsasən, çadır, qızdırıcı və quru qidaya ehtiyacımız daha çoxdur".

Lamiyə,

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA