ABŞ səmasını "işğal edən yad cism"lər və ya vurulan 3 "yad planetli"... - Qalıqların axtarışı niyə dayandırıldı? (Açıqlamalar)

img

20-02-2023 [00:21]


Fevralın 10-u və 12-i tarixlərində ABŞ səmasında vurulan "naməlum cismlər"lə bağlı müəmma davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Ordusunun Şimal Qüvvləri Komandanlığı bununla bağlı yazılı açıqlama yayıb.

Bildirilib ki, vurulan yad cismlərin (yadplanetli olduqlarını iddia edənlər də az deyil - Mia.az) qalıqları tapılmadığı üçün axtarış dayandırılıb: "Kanada sərhədidəki Huron gölü üzərində fevralın 10-u və 12-si vurulan "yad cismlər"in qalıqlarına rast gəlinmədiyi üçün axtarış işləri dayandırılıb. ABŞ ordusu, federal qurumlar və Kanadalı ortaqlar hava görüntüləri, peyk məlumatları və peykdən kənar tədqiqatlar daxil olmaqla, müxtəlif sistemli təhlillər əsasında bölgədə axtarış əməliyyatları həyata keçirib. Lakin qalıqların yerini müəyyən etmək mümkün olmayıb. Üstəlik, şimal qütbünün ağır hava şərtləri, dəniz buzlarının yaratdığı sıxıntılar və sair səbəblərdən axtarışa son verməyə məcbur qaldıq...".

Xatırladaq ki, Pentaqon yad cismlərin vurulduğu gün "bunlar çox təhlükəli obyektdir" bəyanatını vermişdi.

ABŞ prezidenti Cozef Bayden isə bir neçə gün əvəvl verdiyi açıqlamada Çinə aid "Casus balonu"nun vurulmasından sonra Amerika səmasında çoxsaylı naməlum obyektlərin görünməsinin səbəbini bilmədiklərini və bu naməlum cismləri nəzarətdə saxladıqlarını deyib: "Ancaq "Casus balonundan sonra vurulan üç yad cismin nə olduğunu hələlik bilmirik...".

Lamiyə,

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA