LAÇIN YOLUNDAKI AKSİYADAN 70 GÜN ÖTÜR: etirazlar davam edir (Yenilənib)

img

19-02-2023 [18:33]


Azərbaycanlı könüllü gənclərin sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyasından 70 gün keçir.

Mia.az xəbər verir ki, bu gün səhərdən könüllülülər "ekoloji terrora son" tələbini təkrarlayıb.

Xatırladaq ki, dünən Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 12, Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 63 maşın aksiyanın keçirildiyi yoldan maneəsiz istifadə edib.

Bu gün saat 11.00-a olan məlumata görə, sülhməramlılara məxsus 11 maşın yoldan hər iki istiqamətə maneəsiz hərəkət edib.

***

Bu gün saat 12.40-a olan məlumata görə, sülhməramlılara məxsus 34 maşın yoldan hər iki istiqamətə maneəsiz hərəkət edib. Bununla da yolda maneəsiz hərəkət edən maşınların sayı 45-ə çatıb.  

***

Bu gün saat 17.01-ə olan məlumata görə, sülhməramlılara məxsus daha 2 maşın yoldan keçid edib.

Bununla da yolda maneəsiz hərəkət edən maşınların sayı 45-ə çatıb.  

***

Bu gün saat 18.30-a olan məlumata görə, sülhməramlılara məxsus daha 10 maşın yolun hər ii istiqamətinə maneəsiz hərəkət edib.

Bununla da yoldan gün ərzində istinadı edən sülhməramlıların maşınlarının sayı 55-ə çatıb.  

Samir MUSAYEV

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA