LAÇIN YOLUNDAKI AKSİYANIN 67-ci GÜNÜ: yol açıqdır (Yenilənib)

img

16-02-2023 [19:05]


Bu gün Laçın yolunda azərbaycanlı könüllülərin sülhməramlıların nıəzarətində olan ərazidə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyasından 67 gün keçir.

Mia.az xəbər verir ki, ekofəalllar bu gün də dövlət himni ilə aksiyanı açaraq, ekoloji terroruna son qoyulması barədə şüarlar səsləndirib.

Xatırladaq ki, aksiyanın keçirildiyi ərazidə sülhməramlılar və BQXK-ya məxsus maşınların maneəsiz hərəkətinə problem yoxdur.

***

Bu gün saat 10.20-yə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 7 avtomobil Xankəndidən Laçın istiqamətinə aksiyanın keçirildiyi ərazidən maneəsiz hərəkətə edib.

***

Saat 12.30-a olan məlumata görə, sülhməramlılara məxsus 33 maşın yoldan maneəsiz keçib.

***

Bu gün saat 15.10 radələrində BQXK-yə məxsus 7 maşın Laçından Xankəndi istiqamətinə yollanıb.

***

Saat 16.34-ə olan məlumata görə, sülhməramlılara məxsus 24 maşın yoldan maneəsiz keçib.

Bununla da yoldan sərbəst hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 57-yə çatıb.  

***

Saat 19.05-ə olan məlumata görə, sülhməramlılara məxsus 6 maşın yoldan maneəsiz keçib.

Bununla da aksiyanln keçirildiyii ərazidən maneəsiz keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 63-ə çatıb.  

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA