XİN-dən Malatyada həlak olan azərbaycanlı tələbələrlə bağlı - Açıqlama

img

15-02-2023 [11:24]


"Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin (Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə) cənazələri fevralın 16-da ölkəyə gətiriləcək".

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadəaçıqlama verib.

O bildirib ki, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb: "Cənazələrin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub".

Xatırladaq ki, Malatyada İnönü Universitetində oxuyan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cəsədləri dünən dağıntı altından çıxarılıb.

Samir,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA