LAÇIN YOLUNDAKI AKSİYA: etiraz davam edir (Yenilənib)

img

15-02-2023 [20:02]


Bu gün 66 gündür Laçın yolunda azərbaycanlı ekofəalların ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyası davam edir.

Mia.az xəbər verir ki, bu gün səhər də ekofəalllar dövlət himni ilə aksiyanı açıb.

Onlar ermənilərin ekoloji terroruna son qoyulmasını tələb edən şüarlar qaldırıblar.

Xatırladaq ki, aksiyanın keçirildiyi ərazidə sülhməramlılar və BQXK-ya məxsus maşınlara sərbəst hərəkət etmələri üçün hər zaman şərait yaradılır.

Bu günə saat 10.00-a kimi Rusiya sülhməramlılarına məxsus 3 maşın ərazidən keçib..

***

Saat 10.42-yə olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 7 maşın  Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.

***

Saat 14.25-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 52 maşın  Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.  Bununla da yoldan sərbəst istifadə edən avtomobillərin sayı 62-yə yüksəlib. 

***

Saat 16.30-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 4 maşın  Laçın yolundan maneəsiz keçid edib.  Bununla da yoldan sərbəst istifadə edən avtomobillərin sayı 66-yə yüksəlib.

***

Saat 18.00-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 4 maşın  Laçın yolundan maneəsiz keçid edib.  Bununla da Laçın yolundan gün ərzində keçid edən avtomobillərin sayı 70-ə çatıb. 

***

Saat 20.00-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 8 maşın  Laçın yolundan maneəsiz keçid edib.  Bununla da Laçın yolundan gün ərzində keçid edən avtomobillərin sayı 78-ə yüksəlib. 

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA