Davudoğlu “paralel hökumət” barədə sərt danışdı

img

06-05-2014 [10:43]


Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu "paralel hökumət”dən danışıb. 

ANS PRESS-in məlumatına görə, Davudoğlu dövlət içində dövlət yaratmağı planlaşdıran qruplaşmanın fəaliyyətinə heç vaxt icazə verilməyəcəyini söyləyib. Onun sözlərinə görə "paralel hökumət” üzvləri polis və əsgərlər arasında normal olmayan bir əlaqə qurublar: "Burada dövlətə, onun müstəqilliyinə qarşı atılan addımlar var. Bir günah işlənib. Bununla əlaqədar olaraq araşdırmalar aparılır. Nəhayət bu addımlar dövlət səhədlərini aşan bir qeyri-qanuni qruplaşmaya adiddir”.

Qeyd edək ki, Ankara Prokurorluğunda Fətullah Gülən barəsində istintaq başlanıb. Gülən barəsində Terrorla Mübarizə Qanunun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaqın başladığı bildirilir. Verilən məlumata görə, Gülən və "paralel yapı” adlanın qruplaşmanın üzvlərinin Türkiyə hökumətini devirmək təşəbbüsü ilə birlik yaratmaları haqqında məlumatlar da istintaq materiallarının içinə əlavə edilib.

Qeyd edək ki, ötən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin qaytarılması üçün hüquqi prosesin başlayacağını söyləyib.
Baş nazir Ərdoğan bir jurnalistin Fəthullah Gülənin geri qaytarılması ilə əlaqədar hüquqi müddət başlayacaqmı sualına konkret cavab verib. Baş nazir bildirib ki, bəli hüquqi müddət başlayacaq.

Xatırladaq ki, Türkiyə baş naziri ABŞ-ın Fətullah Güləni deportasiya etməli olduğunu bildirmişdi. O bildirib ki, 17 dekabr və 25 dekabrda atılan addımlar zərbə cəhdinə çevrilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA