LAÇIN YOLUNDAKI AKSİYANIN 65-ci GÜNÜ: ermənilərin ekoloji terroruna qarşı etiraz davam edr (YENİLƏNİR)

img

14-02-2023 [20:30]


Laçın yolunda azərbaycanlı könüllülərin ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyasından 65 gün ötür.

Mia.az xəbər verir ki, ermənilər sülhməramlıların nəzarətlərində olan ərazilərdə e faydalı yataqları kobud qanun  pozuntuları ilə istismar etməklə ciddi ekoloji problemlərə yol açıblar. Çox təəssüf ki, ərazidə olan Rusiya sülhməramlıları da buna göz yummaqla yanaşı, Azərbaycanın müvafiq qurumlarına həmin ərazidə monitorinq aparmağa imkan yaratmır.

Xatırladaq ki, ermənilərin qondarma iddialarına rəğmən, aksiya keçirildiyi ərazidə yol hər iki istiqamət üzrə tam açıqdır. 

Bu gün saat 10.00-a olan məlumata görə, sülhməramlılara məxsus 3 maşın yoldan hər iki istiqamətə sərbəst və maneəsiz hərəkət ediblər.

***

Bu gün saat 15.14-ə olan məlumata görə, sülhməramlılara məxsus 36 maşın yoldan hər iki istiqamətə sərbəst və maneəsiz hərəkət ediblər. Eyni zamanda, gün ərzində yolda hər iki istiqamətə BQXK-ya məxsus 12 maşın keçid edib.

***

Bu gün saat 16.45-ə olan məlumata görə, sülhməramlılara məxsus daha 9 maşın yoldan hər iki istiqamətə sərbəst və maneəsiz hərəkət edib.

***

Bu gün saat 20.30-a olan məlumata görə, sülhməramlılara məxsus daha 15 maşın yoldan hər iki istiqamətə sərbəst və maneəsiz hərəkət edib. Bununla da bu gün yoldan maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 60-a çatıb. 

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA