"Zəlzələ kahini" sirrini açdı: "Mən kahin və ya peyğəmbər deyiləm, ancaq...." - FOTOLAR

img

13-02-2023 [18:05]


Türkiyədəki dəhşçəti zəlzələni 3 gün əvvəldən açıqlayan  və dünyada "zəlzələ kahini" kimi tanınan məşhur Frank Hoogerbeets yeni açıqlama verib.

Mia.az xəbər verir ki, o, sosial şəbəkədəki yeni paylaşımında qeyd edib: "Mən qabaqçadan xəbər verən kahin və ya peyğəmbər deyiləm. Yer üzü və planetlərlə bağlı bir araşdırmaçıyım. Bu məqsədlə xüsusi bir yazılı proqram hazırlayıb, onu inkişaf etdirmişəm.  Əsla, böyük zəlzələ barədə dəqiq tarix verməmişəm...".

Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ barədə fevralın 3-də paylaşdğı mesajda o, bu zonada güclü zəlzələnin olacağını deyib. Və bu fakt təsdiqləndikdən sonra o, daha çox diqqət mərkəzinə düşüb.

"Kahin" Türkiyə üçün növbəti zəlzələnin fevralın 15 və 16-ı üçün də gözlənildiyini deyib: "Amma bunlar əvvəlki kimi gücvlü olmayacaq".

Zülfiyyə

MİA.AZ

 
img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA