Əli Əsədov Fuat Oktayla telefonda danışdı: nələr müzakirə edilib?

img

13-02-2023 [16:56]


Baş naziri Əli Əsədov bu gün Türkiyənin vitse-prezidenti Fuat Oktayla telefonda danışıb.

Mia.az xəbər verir ki, telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin gedişatı müzakirə edilib, Azərbaycan xilasedicilərinin fəlakət bölgələrində axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirdikləri xüsusi vurğulanıb.

F.Oktay zəlzələnin ilk saatlarından Türkiyəyə göstərilən mənəvi və humanitar dəstəyə, bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması və çətinliklərlə üzləşən insanlara yardım göstərilməsi üçün bütün imkanlarını səfərbər etdiyinə görə qardaş Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürünü bildirib


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA