AMİP Mərkəzi Şurası toplandı: “Siyasi partiyalar haqqında” Qanun, qiymət artımı və...
13-02-2023 [16:35]
Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda, Türkiyədəki zəlzələnin ilk saatlarından etibarən dövlət və millət olaraq hər kəsin səfərbər olması, ayrı-ayrı dövlət qurumlarının, “Heydər Əliyev” fondunun timsalında qeyri hökumət təşkilatlarının, sahibkarların və xüsusilə də vətəndaşlarımızın zəlzələdən zərər çəkmiş insanlara yardım etmək üçün bir yumruq kimi birləşməsi müsbət qiymətləndirilib, partiya üzvlərinin istər maliyyə, istər humanitar yardım, istərsə də könüllülər olaraq göstərdiyi fəaliyyətin bundan sonra da davam etdirilməsi ilə bağlı bütün partiya üzvlərinə çağırış edilib.
Bundan başqa, AMİP Mərkəzi Şurası Laçın yolunda ekoloqların, vətəndaş cəmiyyəti fəallarının və könüllülərin keçirdiyi aksyanın tələblərini dəstəkldiyini bildirmiş, ərazilərimizdəki təbii sərvətlərin talanmasına, Laçın yolu vasitəsilə silah və mina daşınmasına, eləcə də ayrı-ayrı xarici ölkələrin xüsusi xidmət orqanlarının və üçüncü ölkə vətəndaşlarının ərazilərimizə qeyri-qanunu səfərlərinə son qoymaq üçün yolun Azərbaycan tərəfindən nəzarət götürülməsi və bu məqsədlə həmin ərazidə Azərbaycan-Ermənistan sərhəddində sərhəd və kömrük məntəqəsinin qurulması üçün konkret addımların atılması hakimiyyətdən tələb edilib.
Mərkəzi Şura tərəfindən qəbul edilmiş bəyanatda üçtərəfli bəyanatın tələblərindən irəli gələn öhdəliklərə uyğun olaraq ərazilərimizdəki erməni hərbi birləşmələrinin çıxarılması və Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətin həyata keçirilməsi üçün hərbi əməliyyatlara başlanmasının vacibliyi vurğulanıb.
AMİP Mərkəzi Şurası həmçinin İranın Azərbaycan dövlətinə və cənubdakı soydaşlarımıza qarşı terror siyasəti həyata keçirdiyini vurğulayaraq İrandan gələn təhlükənin dəf olunmasının təkcə dövlətin ayrı-ayrı strukturlarının deyil, hər bir vətəndaşın borcu olduğunu bəyan edərək İranın cəsus şəbəkəsinə qarşı mübarizədə hər kəsin ayıq-sayıq olmasının vacibliyini qeyd edib.
İclasda həmçinin ölkədəki qiymət artımı ilə bağlı məsələ da geniş şəkildə müzakirə olunub.
Samir,
Mia.az
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Ümid Partiyasında əməliyyat olub? - İqbal Ağzadədən açıqlama
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO