Pensiyalar yenidən artırıllr
13-02-2023 [13:38]
Bu il də əməkhaqqı islahatları orta aylıq əməkhaqqı göstəricisində önəmli artıma imkan yaradacaq ki, bu da gələn ilin əvvəlində pensiyaların növbəti dəfə daha yüksək faizlə indeksləşdirilərək artırılmasına imkan verəcək.
Mia.az xəbər verir ki, pensiyaçıların sosial müdafiəsində yeni istiqamət və onlara əlavə dəstək olaraq 2022-ci ilin əvvəlindən pensiyaçılara maddi yardımlar verilməsi təmin olunub: ümumi əsaslarla pensiya təyin olunmuş şəxslərə 2022-ci il üzrə rüblər üzrə bölünüb verilməklə 200 manat, pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə və başqalarına isə 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilib.
Bu ilin əvvəlindən həmin maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilməklə pensiyaları artırılıb. Bu artım edildikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılıb və yanvar ayının artımının fevral ayının pensiyası ilə birgə verilməsi nəzərdə tutulub.
Göründüyü kimi, həm pensiyaların sığorta hissəsinin, həm qulluq stajına görə pensiyasına əlavələr təyin edilmiş pensiyaçılara münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğin, həm də 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indekləşdirmə əsasında artımı təmin olunub. Bu ildən pensiya artımında vahid indeksasiya metoduna keçilməsi bütün pensiyaçılara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edib. Yəni, bu ildən qulluq stajına görə əlavə alan pensiyaçıların (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) pensiyalarının da hər ilin əvvəlində indeksləşdirilərək artırılmasına başlanıb ki, bu da nəticədə həmin şəxslərin pensiyalarında da hər il olmaqla davamlı artımı təmin edir.
Nəticədə 2023-cü ilin əvvəlindən həm ümumi əsaslarla pensiya alanlar, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar daxil olmaqla ümumilikdə 1,1 milyon pensiyaçının pensiyası indeksləşdirilərək artırılıb. Bu artım üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faizi) üstələyir.
Eyni zamanda, sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 13,9 faiz indeksləşdirilməklə artırılır ki, bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da mütəmadi artmaqda olduğunu göstərir.
Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və bu artımın tətbiq edilməsi üçün vətəndaşların hər hansı müraciətiinə, sənəd təqdim etməsinə, ehtiyac qalmır. Onu da bildirək ki, son illər ölkədə əməkhaqqı islahatlarının uğuru kimi, əməkhaqlarında da ciddi artımlar baş verir ki, bu da orta aylıq əməkhaqqı artımına səbəb olmaqla, bu əsasda hər ilin əvvəlində pensiyaların da daha yüksək faizlərlə (indeksləşdirmə üzrə pensiya artımı 2020-ci ildə 16,6 faiz, 2021-ci ildə 11,4 faiz olub, 2022-ci ilin əvvəlindən əlavə maddi yardım da daxil olmaqla pensiyalarda ümumi artım 10 faiz, 2023-cü ilin əvvəlindən isə indeksləşdirmə əsasında 14,7 faiz) indekləşdirmə əsasında artmasına imkan yaradıb/Report.
Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...