Ərdoğanın ən güclü rəqibi kimdir: Yavaş, İmamoğlu, yoxsa Kılıçdaroğlu? - SORĞU

img

03-02-2023 [21:02]


Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ölkənin nüfuzu sorğu şirkətlərinin müxtəlif  bölgələrdə apardıöğı sorğularını da geniş müzakirəyə açır.

Mia.az xəbər verir ki, ölkənin etibarlı və nüfuzlu sorğu təşkilatarında sayılan ASAL Araşdırma və Məsləhətçilik Şirkəti Bbu dəfə İstanbul, Tekirdağ, Balıkesir, İzmir, Aydın, Manisa, Bursa, Kocaeli, Ankara, Konya, Antalya, Adana, Hatay, Kırıkkale, Kayseri, Zonguldak, Kastamonu, Samsun, Trabzon, Ərzurum, Ağrı, Malatya, Van, Qaziantep, Şanlıurfa və Mardin də daxil olmaqla 26 şəhərdə 2520 nəfərin arasında  seçmə üsulla daha bir diqqətçəkən sorğu keçirib.

Təşkilat "Əgər Ərdoğan - Kamal Kılıçdaroğlu, Ərdoğan - Mansur Yavaş, Ərdoğan - Əkrəm İmamoğlu seçkiyə qatılarsa və bu cütlüklərdən hansl ikinci tura qalsa, səsiniz kimə verərsiniz?" sualı ilə qapıları döyüb.

Açıqlanan anketə görə, bütün hallarda Ərdoğan qalib gəlir. Onun ən çətiin rəibi isə Mansur Yavaş göstərilir.

Belə ki, "Ərdoğanla Mansur Yavaş ikinci tura qalsa, səsinizi kimə verərsiniz" sualına cavab 51.5/48.5,  "Ərdoğanla İmamoğlu ikinci tura qalsa, səsinizi kimə verərsiniz" sualına cavab 53.3/46.7, "Ərdoğanla Kılıçdaroğlu ikinci tura qalsa, səsinizi kimə verərsiniz" sualına isə cavab belə olub 54.4/45.6.

Lamiyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı