Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanuna dəyişikliyi təsdiqləyib

img

03-02-2023 [13:46]


Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşir. Belə ki, bu, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Həmçinin ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA