Prezident gənclərə müraciət etdi - MƏTN
02-02-2023 [15:41]
Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.
Mia.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli gənclər!
Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayıram.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ötən müddətdə apardığımız işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını sürətləndirmiş, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır.
Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.
Əminəm ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir".
Bu rayonlara qar yağıb
Azərbaycan neftinin qiyməti 82 dollara qalxıb
Uesli Sneyder: "Arvadımın başqalarına aşiq olması problem deyil..."
DYP-dən müğənninin sözlərinə reaksiya: "Heç bir bəhanə qayda pozmağa əsas gətirilə bilməz"
Türkiyənin səsdən sürətli ilk raketi sınaqdan çıxarıldı - Selçuk Bayraktardan daha bir möhtəşəm VIDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyənin canlı əfsanəsi təklifi geri çevirdi: "Aktiv siyasətlə məşğul olmaq fikrində deyiləm"
Ramazanın 10-cu günü: imsak, iftar vaxtı, duası
Ədliyyə naziri: "Bu mənfur hücumdan siyasi məqsədlər üçün istifadə etmək düzgün deyil"
31 mart soyqırımı: Niyə gözləyirik ki, təbligat üçün qrant alıb hansısa Avropa ölkəsinə gedəcəyik?
LAÇIN YOLUNDA AKSİYA: 110 gündür emənilərin ekoloji terroruna "yox" deyilir (Yenilənib)
PARTİYA TƏŞKİLATINI GÜLLƏBARAN EDƏN ŞƏXS TUTULDU - Nazir tvit atdı (Açıqlamalar/FOTOLAR) - Yenilənib
Kılıçdaroğlu Abdullah Güllə görüşüb - Açıqlama (FOTO/Yenilənib)
Rəsmi Bakıdan Fransaya etiraz: "Bu, Azərbaycanın suverenliyi və ərazı bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir”
“Turan Tovuz” uduzdu
"Real Madrid" "Liverpul"a "elçi"liyə gedir - Məhəmməd Salah üçün kisənin ağzı açılır
Müğənni yarıçılpaq fotoları ilə yeni mesaj verib
Azərbaycanda COVİD-19-a yoluxma sayı açıqlanıb
Bu məscidlərə qadın dini ayinlərin icraçısı təyin edilib - Sİyahı
RƏSMİ BAKIDAN İRANA DAHA BİR MESAJ VERİLDİ: "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək
Aprel ayında hava necə olacaq? - Aylıq proqnoz
Vilayət Eyvazov onu geri çağırdı - İmran Mustafayev Türkiyədə DİN-in nümayəndəsi təyin edilib
Məşhur müğənni: "O, sorğuya çəkildimi?"
Məşhur müğənni: "Mənim yerim parlament deyil, səhnədir"
Bu məşhurlar deputat olmaq istəyir - SİYAHI/FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapılıb - FOTO
Bölgələrə qar yağıb
Meyxanaçı Rəşaddan xəbər var - Cinayət işi məhkəməyə göndərildi
"Survivor"da qadın iştirakçı canlı yayımda döyüldü - Məşhur müğənni "onu qovun" çağırışı etdi
Lənkəranda 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb
Şirvanda şəhid ailələri ilə görüş keçirilib
Xarici İşlər Nazirliyi Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Nazirliyin mətbuat katibinə Dövlət Xidmətində yeni vəzifə verildi