Prezident Agentliyə müavin təyin edib - Nazirlər Kabinetinin məsul şəxsi yeni vəzifəyə təyin olundu 

img

01-02-2023 [15:40]


Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Mia.az xəbər verir ki, bu gün Bəhruz Məmmədov kollektivə təqdim olunub.

B.Məmmədovu kollektivə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Qeyd edək ki, B.Məmmədov müvafiq təyinatadək Azərbaycan Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA