Ukrayna ordusu hücuma keçdi: itkilər var -VİDEOLAR

img

02-05-2014 [11:04]



Ukrayna ordusu xüsusi əməliyyata başlayaraq, Slavyansk şəhərində hücuma keçib. Bu barədə xəbəri Donbass özünümüdafiə qüvvələri yayıb.

Slavyansk şəhəri mühasirəyə alınıb, şəhər ətrafında ağır zirehli texnika keşik çəkir. Ukrayna ordusu aviasiyadan da istifadə edir. Artıq separatçılar tərəfindən orduya məxsus 2 helikopterin vurulduğu, 1 pilotun həlak olduğu bildirilir. Slavyansk özünümüdafiə qüvvələrinin fəallarının yaydığı məlumata görə, helikopterlərdən yerə atəş açıdıqdan sonra cavab olaraq yerdən raket buraxılıb.

Məlumata görə, Kiyev rəhbərliyinin əmrini yerinə yetirən ordu qüvvələri ilə federallaşma tərəfdarları arasında toqquşmalar Slovyansk şəhərinin mərkəzində baş verir. Şəhərin silahlı toqquşmaların baş verdiyi ərazilərindən qara tüstünün qalxdığı görünür(ans).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA