"Lotu Quli"nin klanına daxil olan daha bir kriminal avtoritet saxlanıldı

img

07-01-2023 [12:38]


Azərbaycanlı kriminal avtoritet Polad Ömərov Çexiyada saxlanılıb.

Mia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, azərbaycanlı mərhum “Qanuni oğru” Lotu Qulinin (Nadir Səlifov) klanına daxil olan Ömərov adam oğurluğu və qətldə ittiham olunur.

Praqada saxlanılan Polad Ömərov Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Qeyd edək ki, Polad Ömərov kriminal aləmdə Nadir Səlifovun qardaşı Namiq Səlifovun sağ əli kimi də tanınırdı.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl Ukraynada "Lotu Quli"yə yaxınolan daha iki tanınmış "qanuni oğru" -  "Umka" və "Laşa Svan" ləqəbli "qanuni oğrular" Odessa şəhərində həbs olunublar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR