Türkiyəli futbol hakimi Özgüç Türkalp karyerasını başa vurub

img

05-01-2023 [16:36]


Türkiyəli futbol hakimi Özgüç Türkalp karyerasını başa vurub.

DHA xəbər verir ki, 49 yaşlı referi Türkiyə Super Liqasının XVI turunda keçirilən "Sivasspor" – "Qalatasaray" oyunundan sonra bu addımı atıb/Report.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.

Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb. Həmin matçın VAR hakimi məhz Özgüç Türkalp olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA