Baş katib təltif olunub

img

09-01-2023 [15:50]


Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Mia.az xəbər verir ki, bu barədə AGF-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, N. Məmmədzadə mükafatı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirak etdiyi 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA