Prezidentin qızı məktub yazdı: "Girovuq"

img

01-05-2014 [12:52]




Özbəkistan mətbuatında prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın yeni məktubunun məzmunu yayılıb. O, məktubunda niyə depressiyaya düşməsindən söz açır.

"Qızım və mən 15 ildir ki, düşdüyümüz vəziyyətin əsiriyik, girovuyuq. Lakin vəziyyətdən çıxmağa çalışıram. Bir dəfə İman (qızı-red.) xəstələnmişdi. Müalicəyə ehtiyacı vardı. Aparmaq istəmirdilər. Lakin bədənimdə başlayan güclü ağrılardan sonra onlar mənim qızımı müayinəyə apardılar”, məktubda deyilir.

Gülnarə Kərimova deyir ki, İslam Kərimov sadəcə sübut etməyə çalışır ki, başçı odur.

Qeyd edək ki, Gülnarə Kərimova 15 yaşlı qızı İmanla birlikdə 2 aydan çoxdur ki, Daşkənddə ev dustağıdır.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA