Kəlbəcərdə iki yük avtomobili toqquşub

img

23-12-2022 [17:13]


Kəlbəcərdə iki yük avtomobili toqquşub, xəsarət alan var.

Mia.az DİN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, hadisə bu gün Kəlbəcər rayon Almalıq kəndi ərazisində baş verib.

İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir


Digər xəbərlər
SON XƏBƏRLƏR