Azərbaycan çempionatına start veriləcək - Bu tarixdə

img

19-12-2022 [11:54]


Dekabrın 20-də güləş üzrə Azərbaycan çempionatına start veriləcək.

Federasiyadan Mia.az-a verilən məlumata görə, Bakı İdman Sarayında dörd gün davam edəcək yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.

Dekabrın 20-də saat 16:00-da turnirin açılış mərasimi keçiriləcək. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR