"Zirə"nin iki futbolçusu cəzalanıb

img

23-12-2022 [13:07]


AFFA İntizam Komitəsi "Zirə" klubunun iki futbolçusunu cəzalandırıb.

Mia.az xəbər verir ki, Təmkin Xəlilzadə və Hacıağa Hacılı bir oyunluq diskvalifikasiya olunublar.

Buna hər iki oyunçunun "Neftçi"yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun sonlarında ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub. Onların hər ikisi üçün ayrı-ayrılıqda 200 manat ödəyəcəklər.

"Neftçi" isə 800 manat məbləğində ziyana düşüb. Həmin qarşılaşmada "ağ-qaralar"ın 6 oyunçusunun sarı vərəqə alıb.

"Qəbələ" klubu da eyni məbləğdə cərimələnib. "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri cavab matçında "qırmızı-qaralar"ın 4 oyunçusuna sarı vərəqə göstərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR