Sumqayıtda adam öldürən şəxs axtarılır

img

17-12-2022 [15:01]


Sumqayıtda qətl törədən şəxs axtarılır.

Mia.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR