DSX: "Sərhədçilərimiz ermənilərin mövqelərinə atəş açmayıb"

img

15-12-2022 [13:21]


"Sərhədçilər ermənilərin mövqelərinə atəş açmayıb".

Mia.az Azərbaycanın Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, dekabrın 15-i saat 01:10-da DSX-nin Sərhəd Qoşunlarının Zəngilan rayonu Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrinin guya qarşı tərəfin Qafan rayonunun Kilsəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyildir: "Bu yalan məlumatı qəti olaraq təkzib edir və bu deziformasiyanın Ermənistan Müdafiə Nazirliyinin növbəti təxribatı olduğunu bildiririk".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA