Bakıda “ASAN xidmət”in 10 illiyinə həsr olunan beynəlxalq forum keçirilir - Prezidentin məktubu oxunub

img

15-12-2022 [10:51]


Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ Dövlət xidmətlərinə doğru” mövzusunda beynəlxalq forum davam edir.

Mia.az xəbər verir ki, tədbirin açılış sessiyasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxunub.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İqtisadi və Sosial Məsələlər üzrə Müavini Li Junhuanın, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNITAR) İcraçı direktoru Nixil Setin videomüraciətləri yayımlanıb.  

Tədbir davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA