MÜDAFİƏ NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN OLUNDU - Aqil Qurbanov kimdir? (Sərəncam/FOTO)

img

13-12-2022 [18:44]


Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Məlumaat görə, 36 yaşlı yeni nazir müavini Hərbi-texniki təchizat üzrə məsələlərə cavabdeh olacaq.

A.Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb. 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. 2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.

Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9.12.2022-ci il tarixli sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA