İmişlidə silahlı insident olub

img

13-12-2022 [13:44]


İmişli sakini həmyerlisinin həyətinə atəş açıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki,  dekabrın 12-də saat 16 radələrində İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açılması barədə polisə məlumat daxil olub.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Bəhlul Qədirovun münaqişə zəminində tüfəngdən darvazaya bir dəfə atəş açması müəyyən olunub.

Görülmüş tədbirlərlə B.Qədirov saxlanılıb, ondan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR